"Bu xəstəliyə görə 5 kiloqram arıqlamışam" - Vüsalə Əlizadə


Aparıcı Vüsalə Əlizadə son günlər xeyli çəki atmasının səbəbini açıqlayıb.

Minion.az axşam.az-a istinadən xəbər verir ki, o bildirib ki, mədəsində problem var və 20 gündür pəhriz saxlayır.

Vüsalə buna görə 5 kiloqram çəki atdığını deyib:

"Son günlər həddindən artıq yayılan mədə ağrıları məndən də yan keçməyin. 20 gündür müalicə məqsədiylə pəhriz saxlayıram: kəsmik, qaynadılmış kartof, çiy kartof suyu içməkdən ağzımın dadı da qaçıb. Heç vaxt pəhriz saxlamamışam. Bunu həkimlər və böyrəkköçürmə əməliyyatı olunanlar yaxşı bilir, pəhriz qadağandır. Bu dəfə məcbur etməliydim, çünki mədə insan bədəninin dəyirmanıdır, qorumaq mütləqdir. 20 gün ərzində 5 kiloqram çəki atmışam. Bunu niyə yazdım? Çünki bəzi bekar, axmaq adamların söz-söhbəti qulağıma çatır: deyirlər ki, burnumu düzəltdirmişəm, qaş permanenti etdirmişəm, plastik əməliyyat olunmuşam".

Əlizadə heç vaxt plastik əməliyyat etdirmədiyini söyləyib:

"İnanın ki, eşidib gülürəm. Sizin başqa dərdiniz yoxdur? 15 ildir efirdəyəm, ilk gündən bu görkəmdəyəm... Təbii ki, illərlə insanda müəyyən dəyişikliklər olur. Ana olanda 75 kiloqrama qalxmışdım. Məcbur vitaminlər qəbul edirdim, çünki lazımi qədər yemək yeyə bilmirdim. Bu, hər bir qadında baş verən dəyişiklikdir. Təki Allah hamıya ana olmaq şansını versin. Saç və makiyajla insanın üz cizgiləri fərqli görünə bilər. İllərlə məndə də bu dəyişikliklər oldu. Mənim nə üzümə, nə də bədənimə bu günə kimi bir dənə də plastik məqsədli iynə dəyib. Buna müraciət etməyə ehtiyacım yoxdur. Edən həmkarlarımı da dəstəkləyirəm. Kimsə plastik əməliyyat edib, özünü mənə oxşadıbsa, bu, o demək deyil ki, mən də etmişəm.

Özümə arxayınam və çox rahatam, dünyanın ən peşəkar plastik cərrahlarını gətirin yoxlayaq. Sizin də qurd basmış içiniz rahatlasın".