Azərbaycan Cibutiyə humanitar yardım göndərdi


Minion.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.

Humanitar yardıma qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel və içməli su daxildir.

Minion.Az