Bu kişi dənizin içində namaz qıldı - VİDEO


Bir kişinin dənizdə namaz qılmasını əks etdirən video-görüntülər sosial şəbəkələrdə böyük maraq və müzakirələrə səbəb oldu.

Minion.az Moderator.az-a istinadən xəbər verir ki, göründüyü kimi kişi dənizin dayaz yerində quruya çıxmadan namaz qılır. Ən maraqlısı odur ki, səcdə zamanı onun başı tamamilə suyun altında qalır.

Bir hədisdə deyilir: “Allah bizim üçün bütün yer üzünü səcdə yeri qərar vermişdir" (Səhih, Müslim). Bu baxımdan mömin nəcasətdən təmiz olmaq şərti ilə bir çox məkanlarda (qəbiristanlıq, hamam, ayaqyolu, tövlə və s. istisna olmaqla) namaz qıla bilər.

Ancaq Qurani-Kərimdə suyun içərisində namazın icazəli olub-olmaması barədə heç br şey deyilməyib. Odur ki, sosial şəbəkə istifadəçilərindən bəziləri hesab edir ki, suyun ortasına ibadət etmək mümkündür, digərləri isə deyir ki, mümkün deyil. Bəzi istifadəçilər isə yazır ki, şəriətdə suyun içində namaz qılmamagın mümkünsüzlüyü barədə heç bir hökm verilməyib...
Maraqlı olay ərəb ölkələrindən birində baş verib. Görünür kişi sahildə həddindən artıq isti oldugundan suyun içində namaz qılmaga qərar verib.

P.S. Azərbaycanın tanınmış din xadimlərinin bu haqda şərhlərini gözləyirik.

Sultan Laçın