“Ombamı böyütməyə ehtiyacım yoxdur, çünki hər zaman böyük olub”- ROZA ZƏRGƏRLİ


Son günlər sənət adamları arasında plastik əməliyyat etdirənlərin sayı günü-gündən artır.
Gununsesi.info axşam.az-a istinadən bildirir ki, əməliyyat masasına yatan növbəti məşhur müğənni Roza Zərgərli olub. O piy vurduraraq, ombasını böyütdüyünü bildirib.
Sənətçi əməkdaşımızla söhbətində bildirib ki, plastik əməliyyatı ayaqlarında etdirib:
“Ombamı böyütməyə ehtiyacım yoxdur. Çünki hər zaman böyük olub. Yəqin ki, çoxları mənim ayağımdakı problemi hiss edib. Mən gəzəndə axsayırdım. Baldırlarımdan piy çəkdirdim. Plastik əməliyyatı gözəllik üçün yox, sağlamlığım üçün etdirmişəm”.
R.Zərgərli son günlər artıq çəki atması ilə də diqqət çəkir. İfaçı deyib ki, 5 kiloqram arıqlayıb:
“Pəhriz saxlayıram. Bir də son olaraq üzməyə əl atmışam. Bununla arıqlamağa çalışrıam”.

//Gununsesi.info

Minion.az