Rüsvayçılıq: 13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu


44 yaşlı Maykl Nevin Facebook-da tanış olduğu 13 yaşlı oğlanla görüşə yollanarkən polis tərəfindən tutulub. Bu uşaqbaz, pedofil əxlaqsızlığının qurbanı olub.

Minion.az Milli.az-a istinadən bildirir ki, olay İngiltərənin Sanderlend şəhərinin Qreqqs səmtində yaşanıb.

13 yaşlı, "Robin" adlı oğlanla görüşə gedən və onu otelə aparıb yatağa salmaq istəyən M.Nevin qız əvəzinə uşaqbaz "ovçu"ları ilə qarşılaşıb.

Həmin ovçular İngiltərədə fəaliyyət göstərən və sosial şəbəkələrdə uşaqbazları aşkarlayan "Guardians of the North" qrupunun üzvləridir.

44 yaşlı Maykl Nevin də bu qrupun yaratdığı "Robin" adlı saxta profillə tanış olub. O, Robinlə həftələrlə yazışıb, sonra 13 yaşlı oğlan saydığı profili "tovlayıb" və cinsi əlaqə təklif edib.

"Robin" razılaşıb.

Nevin "qurban"ı ilə Sanderlendin Park Leyn səmtindəki şirniyyat dükanında görüşməli idi.

Şəhərin Boldon Kollyeri səmtindəki Arnold Stritdə yaşayan Nevini ən azı 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Əla fürsət: Təhsil Nazirliyi Tərəfindən tanınan,illik təhsil haqqı 200 azndən başlayan qiymətə Türkiyədə Təhsil al . Davamı ....