Hamilələr adam öldürə bilər - Yeni qanun


Amerikanın Nyu-Hempşir ştatında respublikaçılar hamilə qadınlara öldürmək icazəsi verən yeni qanun qəbul ediblər.

Minion.az teleqraf.com-a istinadən xəbər verir ki, bu qanun hələ rəsmi şəkildə qüvvəyə minməsə də, artıq həmin ərazidə hay-küyə səbəb olub.

Səs-küylü qanun bir daha gözdən keçirilərkən, məlum olub ki, əslində ciddi səhvə yol verilib. Belə ki, 20 həftədən yuxarı hamiləliyi sonlandıran insanlara cavab kimi təqdim olunan bu qanunun əsl məqsədi 4 aydan yuxarı hamiləliklər zamanı həyata keçirilən abortu böyük insan ölümünə bərabər tutmaq olub. Lakin “hamilələr üçün istisnalar”ın qeyd olunduğu səhifədə elə bir səhvə yol verilib ki, nəticədə qanunun mənası tamam başqa yerə yönəlib. Belə çıxıb ki, bu qanun abort etməyə icazə verirsə, hamilələrə qatil olmağa da icazə verməlidir.

Respublikaçılar partiyasının nümayəndələri qeyd edib ki, əslində belə bir qayda nəzərdə tutulmamışdı və qanun kağıza köçürüləndə buraxılan səhv qanunun mənasını tamam dəyişib.

Qeyd edək ki, bu səhv qanun çap olunduqdan 1 həftə sonra gözə çarpsa da, qubernatorun stolunun üstünə təsdiqlənməsi üçün yeni düzəldilmiş versiya göndərilib.


Əla fürsət: Təhsil Nazirliyi Tərəfindən tanınan,illik təhsil haqqı 200 azndən başlayan qiymətə Türkiyədə Təhsil al . Davamı ....