Əhaliyə bayram sevinci - Ətin qiyməti yarıbayarı UCUZLAŞDI


"Ramazan Bayramı günlərində yarmarkalarda ətin qiyməti aşağı düşəcək".

Minion.az xəbər verir ki, bu haqda sonxeber.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimiaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Ramazan bayramında ətin qiymətində artım olmayacaq. Nazirlik tərəfindən ənənəvi olaraq təşkil olunan yarmarkalarımız bayram günlərində də fəaliyyət göstərəcək. Qoyunvə mal əti 7-8 manat, quzu əti 8 manata təklif olunacaq. Ümumilikdə keçiriləcək yarmarkalarda ətin qiyməti 7-8 manat arasında dəyişəcək.

"Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidməti bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Baytarlıq xidmətinin mütəxəssisləri tərəfindən ət məhsullarının keyfiyyətinə tam zəmanət veriləcək. Bazarlarda ətin keyfiyyətinə ciddi nəzarət olacaq".

M.Hacıyev bayram günlərində ətin satışında suni qiymət artımına yol verilməyəcəyini deyib. Hazırda da ətin qiymıtində artım müşahidə olunmur. Aparılan monitorinq əsasında məlum olub ki, ət kəsimi məntəqələrində və bazarda ətin qiymətində heç bir bahalaşma müşahidə olunmayıb. Mal əti 10 manat, 10 manat 50 qəpik, qoyun və quzu əti 11 manat 50 qəpikdən alıcılara təklif olunur.

Xatırladaq ki. təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12 manat, quzu əti 13 manata təklif edilir.


Əla fürsət: Təhsil Nazirliyi Tərəfindən tanınan,illik təhsil haqqı 200 azndən başlayan qiymətə Türkiyədə Təhsil al . Davamı ....