Elza Seyidcahana yüksək vəzifə verildi... - Nazirlikdən açıqlama


Minion.az myBaku.az -a istinadən xəbər verir ki, bir çox istifadəçiləri müğənninin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifəyə təyin edildiyini yazıblar. Onun nazirliyin şöbə müdiri olduğu qeyd edilib.
Məsələnin dəqiqliyini araşdırmaq üçün Elza Seyidcahanla əlaqə saxlamaq istəsək də, müğənni telefon zəngələrinə cavab vermədi.

Gündəmi zəbt edən məsələyə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova aydınlıq gətirib. O, bütün bunların şaiyə olduğunu açıqlayıb.

Minion.az