Bundan sonra insanlar 120 il yaşayacaq - Yeni dərman sayəsində


Minion.az xəbər verir ki, insan ömrünü ortalama 120 ilə çıxaracaq dərmanlar istehsal olunur. Bu dərmanlar sayəsində gələcəkdə insanlar 120 yaşında ikən bugünkü 60 yaşlı insanlar kimi görünəcəklər. Sözügedən dərmanlar DNT ilə qarşılıqlı əlaqəyə girib qocalma prosesini ləngidəcək.

Günümüzdə insan ömrü ortalama 81 il götürülür. İstisnalar da olsa sayları çox olmayan uzun ömürlü insanlar bu statistikanı dəyişmir. Yenicə başa çatan elmi işlə isə insanın ömrünü çox uzadacaq bir dərman istehsal edilib. Sözügedən "müalicənin" yan təsirlərinin araşdırılması davam edərkən, bir neçə Avropa ölkəsi dərmanı qanuni olaraq test etməyə başlayacaq.

Peterburq Biyoregulasyon və Gerontologiya İnstitutunun rəhbəri professor Vladimir Xavinson "Kimsə uzun və xəstə bir həyat sürmək istəməz. Artıq əsas hədəfimiz insanların qocalıq dövrlərini mümkün qədər sağlam keçirmələrini təmin etməkdir" deyə danışıb.

Sözügedən dərmanın 6 fərqli versiyası hazırda Rusiyada da var. Bunlardan ikisi immunitet sistemini gücləndirmək üçün olan "Thymalin" və beyin fəallığını qorumaq üçün "Cortexin" adlı dərmanlar.

Yeni işlərin nəticəsində əldə edilən dərman isə DNT ilə qarşılıqlı əlaqəyə girən və zülal istehsalını artıraraq ömrü uzadan bir gücləndirmə vəzifəni görəcək. Professor Vladimir Xavinson dərman haqqında bu sözləri deyib: "Qocalma prosesinin ən mühüm göstəricilərindən biri zülal sintezinin azalmasıdır, bunu düzəltmək üçün işlər görmüşük".

Moskvada yerləşən GLMED sağlamlıq mərkəzindəki tədqiqatçılar tərəfindən aparılan bənzər bir elmi iş 31 ilə 72 yaş arasında olan iştirakçılar üzərində test edilib. Nəticədə sağlam həyat tərzi kombine ediləndə dərmanların bioloji yaşı orta hesabla 2 il uzatdığı aşkar edilib.

Dərmanlar sağlam bir həyat tərzilə istifadə edilməlidir. Yaşlılar üçün fiziki fəallıq və stress halları həyatlarına təhdidlər yarada bilər. Sağlam və uzun bir həyat istəyən insanların bu dərmanları alaraq həyatı təhdidlərdən qaçması lazımdır.

Tədqiqatın memarlarından olan Mario Barbagallo qeyd edib ki, sağlam qidalanma qaydaları bu dərmanın təsirini artıracaq.

Təmiz ətraf mühit, təzə yeməklər, fiziki fəallıq və tibbi irəliləyişlər sayəsində bu günün gəncləri gələcəkdə 120-ci yaşlarını qeyd edəcəklər. Sözügedən dərmanlar isə zülal hasilatını sabit səviyyədə tutaraq orqanizmin qocalma prosesini ləngidəcək.
/Moderator.az
Zəhra

Əla fürsət: Təhsil Nazirliyi Tərəfindən tanınan,illik təhsil haqqı 200 azndən başlayan qiymətə Türkiyədə Təhsil al . Davamı ....