Azərbaycanda ilan, qurbağa, timsah yeyən müğənnilər - SİYAHI


Dünyada timsah, ilah, qurbağa kimi heyvanların ətləri delikates sayılır.Minion.az Metbuat.az-a istinadən xəbər verir

Xalq artisti Firəngiz Mütəllimova: “Yemək mövzusunda çox həssasam. İndiyə kimi heç qarpız-yemiş də yeməmişəm. Balıqlardan da ancaq kütüm yeyirəm. Eqozik yeməklər yeyə bilmirəm”.

Xalq artisti Faiq Ağayev: “Turizmin inkişafı üçün bu tip yeməklərin olması yaxşı haldır. Çünki ölkəyə eqzotik yeməklər yeməyə öyrəşmiş adamlar gəlir. Mən özüm isə xaricdə eqzotik yeməklər yesəm də, ölkəmizdə daha çox milli və yaxın qonşularımıza aid olan yeməklərə üstünlük verirəm”.

Aparıcı Şəhriyar Əbilov: “Bəli, mən ilan əti, qurbağa əti də yemişəm. Belə yeməklər yeməkdə problem yaşamıram”.

Aparıcı Cavid Gül: “Çində 10 gün qaldığım üçün, orada suda üzən çəyirtkə, böcək yemişəm. Ancaq o tip yeməkləri sevmirəm”.

Müğənni Nura Suri: “Bir çox bahalı restoranlarda qurbağa, akula, timsah ətindən yeməklər hazırlansa da, mən onları yeyə bilmirəm. Çünki mənim daxilim bunu qəbul etmir”.

Aktyor Elməddin Cəfərov: “Quzu var, qoyun var. Neynirəm ki, mən ilan-qurbağanı?! Amma yeyənlərə də normal baxıram”.

Dilarə Zamanova / Metbuat.az

Əla fürsət: Təhsil Nazirliyi Tərəfindən tanınan,illik təhsil haqqı 200 azndən başlayan qiymətə Türkiyədə Təhsil al . Davamı ....