Sağlam ailə – AYAQQABISININ İÇİNƏ SODA SƏPDİ! HEYİFKİ, BUNU ƏVVƏLDƏN BİLMİRDİM!


Məişət sodasının eşitmədiyiniz 19 xeyiri
Əvvəlcədən SODANI heç istifadə etmirdim. İnternetdə oxuduqdan sonra isə tez-tez soda almağı düşünürəm. Aşağıdakı siyahıda sodanı gündəlik həyatınızda istifadə edə biləcəyiniz bir çox sahə var. Mənim favoritim isə sodanı dezodorant kimi istifadə etmək oldu.
1- Ağcaqanad və digər böcəklərin sancmaları qaşıntı verir və yandırır. Artıq yandırmayacaq. Sodanı su ilə qarışdırın və dişləyən bölgəyə sürün. 10 dəqiqə gözləyin və daha sonra soyuq su ilə bölgəni təmizləyin.
2- Alış verişə getdiniz, ya da uzun müddət gəzdiniz deyək. 3-4 çay qaşığı sodanı 2.5 litr su ilə qarışdırın və ayağınızı vanna edin. İnanın massaj kresloları qədər təsirli olacaq.
3- Soda yalnız ayaq masajı məsələsində işə yaramır. Həmçinin ayaqqabıda pis qoxuları yox edir. Ertəsi gün qoxunun yox olduğunu görəcəksiniz.
4- Lobya, mərci və bamiyə kimi digər tərəvəzlərdən yemək edərkən yeməyin içinə bir neçə çay qaşığı soda əlavə edin. Yumşaldığını görəcəksiniz.
5- Soyuducudan pis nə iyi gəlir? Kiçik bir qaba soda doldurun və ağzı açıq şəkildə soyuducuda qalsın. Pis qoxuların yox olduğunu hiss edəcəksiniz.
6- Yazın əvəzolunmazı olan soyuq içkilər təravətini tez itirir. Soyuq suyun içinə bir az şəkər, limon suyu və yarım çay qaşığı soda əlavə edin. Karbonat, limon turşusu karbonlu turşuya çevirəcəkdir. Soda az miqdarda istehlak edildikdə zərərsizdir. Gündə ən çox bir çay qaşığı soda istehlak edin.
7- Soda, mədə qıcqırmasını qarşısını almada ən mühüm yardımçınızdır. Bir çay qaşığı soda ilə bir stəkan suyu qarışdırın və için. Görəcəksiniz ki, nə mədə qıcqırması qalacaq, nə də şişkinlik.
8- Əgər vanna istifadə edirsinizsə, 50 ilə 100 qram arasında sodanı su dolu vannaya tökün. Soda, suyu yumşaldır. Bunu həftədə ən çox iki dəfə edə bilərsiniz.
9- Yüngül nəmləndirilmiş pambığın üzərinə soda səpin. Təbii dezodorant kimi pis qoxuları uzun müddətli yox edəcəkdir.
10- Ağzında xoşagəlməz qoxu olanlara müjdə! İlıq su ilə bir çay qaşığı sodanı qarışdırın və qarqara edin. Pis qoxu anında yox olacaq.
11- Evdəki balaca dostlarımız da sodadan bəhrələnirlər. Pişik qumu əlavə edəcəyiniz qaba bir miqdar soda, qumdakı pis qoxunu yox edəcəkdir.
12- Suyun metalla reaksiyaya girməsi nəticəsində termoslarda narahat edici bir qoxu yaranır. Bir neçə çay qaşığı sodanı ilıq suya əlavə edin və termosa töküb çalxalayın.
13- Bir miqdar sirkəylə birlikdə qarışdırdıqda, soda ləkələri təmizləməyə də yardımçı olur. Əlüzyuyanın bağladıqdan sonra bir miqdar sirkə tökün, üstünə də bir az soda. Vanna ləkələrinin azaldığını görəcəksiniz
14-Gümüş qaşıq və çəngəl kimi vəsaitlərinizi isti suda gözlədin. Parçalar halında alüminium folqa və bir neçə çay qaşığı karbonat əlavə edin. Soyuq suyla yaxalayın sonra yaxşıca silin.
.15- Sodanın nə qədər təsirli olduğuna hələ də inanmırsınız bir də bunu təcrübə edin. Dişlərinizi soda ilə yuyun.
16- Bunu etdiyiniz üçün çiçəkləriniz sanki dilə gəlib sizə təşəkkür edəcək. Su ilə sodanı qarışdırın və torpağa tökün. Nəticələrə siz də, inana bilməyəcəksiniz.
17- Bifşteks , çoxmu sərt? Üzərinə soda tökün və bir neçə saat gözlədin. Daha sonra doğrayıb bişirə bilərsiniz. Nə qədər yumşalmasına inan bilməyəcəksiniz.
18- Qab yuyan maşınınızın maye yuyucu hissəsinə soda əlavə edin.
19- Soda ilə həm ocağınızı həm də sobanız təmizləyə bilərsiniz. Su ilə sodanı qarışdırın və yumşaq bir süngər ilə çirkli bölgəni təmizləyin. Nəticələrə ancaq gözünüzlə görəndə inanacaqsınız.

SaqlamHeyat.az

Əla fürsət: Təhsil Nazirliyi Tərəfindən tanınan,illik təhsil haqqı 200 azndən başlayan qiymətə Türkiyədə Təhsil al . Davamı ....