Saxta saat və eynəklər XƏRÇƏNG xəstəliyi yaradır - DİQQƏT!


Minion.az Week.az-a istinadən xəbər verirki, Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyat tədbirlərində xərçəng xəstəliyi yaradan saxta aksesuarlar müsadirə olunub.
Istanbulun Qaçaqmalçılıq Cinayətləri üzrə Mübarizə Şöbəsi Çində istehsal edilən və qanunsuz yollarla ölkəyə gətirilən 7 min 744 qol saatı və 18 min 460 ədəd gün eynəyi müsadirə edib.Qanunsuz yollarla gətirilən aksesuarları dəyərindən aşağı qiymətə sataraq müştəri toplayan şəxslər saxlanılıb.
Tədqiqatçılar saxta aksesuarların dəri ilə təmasda dəri xərçəngi yarada biləcəyini bildirib.
Minion.az