Stimul 9 yaşını qeyd etdi!


Minion.az
məlumat verir ki, STİMUL Education & Consulting 9 yaşını qeyd etdi!

25.01.2009-cu il tarixində STİMUL Education & Consulting adlı yeni təhsil mərkəzi fəaliyyətə başladı. STİMUL təhsil mərkəzinin əsas məqsədi gənclərin təhsilə olan marağını artırmaq, onlarda olan qabiliyyəti, istedadı aşkar etmək və ən əsası da onlarda özünə inam hissi, həvəs, bol stimul yaratmaq idi.

STİMUL Education & Consulting-in direktoru Namiq Veysəlov bildirir ki: Artıq 9 il geridə qaldı, bu müddət ərzində hədəfimizi bir neçə dəfə yenilədik, çünki təcrübəli işçi heyətimiz və dostlarımızın dəstəyi ilə hər qoyulan hədəfə vaxtından əvvəl çatdıq. Bu gün də 10-cu fəaliyyət ilimiz üçün hədəfimizi seçmişik. Hədəfimizə çatmaqda bizim yanımızda olacaq hər kəsə, dostlarımıza, tələbələrimizə, işçi heyətimizə tükənməz enerji və bol stimul arzulayırıq.

Eduland.az Təhsil və inkişaf portalının baş redaktoru Mikayıl Mirzəzadə bildirir ki: İnkişafda olan Azərbaycan Dövləti üçün potensial və bacarıqlı kadrların hazırlanması, insanların peşəkar və təcrübəli təhsil mərkəzlərini seçməsi isə onların gələcəkdə karyera və təhsil həyatında mühüm rol oynayır. Bu səbəbdən hər kəs təhsil mərkəzi seçimi edərkən diqqətli olmalıdır. Öz növbəmdə STİMUL Education & Consulting adlı təhsil mərkəzini 9 illik uğurlu fəaliyyəti münasibəti ilə təbrik edirəm, uzun müddətli fəaliyyətləri ilə daima seçilən olmağı arzulayıram.


Sevil M.

www.eduland.az