Bizimkilərin Türkiyədə yaşadığı 8 ən gülməli dialoq


Bugün sizə Türkiyəyə getdiyinizdə aşağıda paylaşacağımız dialoqları yaşayan insanların vəziyyətinə düşməyəsiniz deyə, bəzi gülməli hadisələri təqdim edəcəyik. Türkcənin sadəcə “yor”dan ibarət olmadığını aşağıdakı dialoqları oxuyaraq anlayacaqsınız. Əylənərək bir az türkcənin “dərinliklərinə” enmək istəyirsinizsə, başlayaq.

1) “Şeytanın kıçın qıran həmyerlimiz”

Təxminimizə görə, həmyerlimiz bu paylaşımı Avropa Çempionatında uğursuz çıxışı ilə yadda qalan qardaş Türkiyə Millisinin Çexiya ilə oyunundan sonra Türkiyə Milli Komandasına dəstək olmaq məqsədi ilə yazıb. Kiçik bir səhvə yol verməsəydi, çox gözəl təbrik olacaqdı. Azərbaycan Türkcəsində istifadə etdiyimiz qıç sözü, Anadolu Türkcəsində g*t deməkdir. Türkiyəyə gedərkən qıç sözünü istifadə etməməyə çalışın, yoxsa nə olar?

2) Baxçasında meyvə-tərəvəz əkib becərənlər, ehtiyatlı olun

“Becermek” Anadolu Türkcəsində mədəni dildə desək, cinsi əlaqədə olmaq mənasına gəlir. Odur ki, kartof, pomidor, əsasən də xiyar becərdiyinizi deməyin.

3) Bekar, yoxsa subay?

Türklərin istifadə etdiyi “bekar” sözü bizim dilimizdə “subay” mənasına gəlir. Bizim istifadə etdiyimiz “subay” sözü isə onlarda hərbi rütbədir.

4) Bəs siz don (yubka) geyinirsiz?

Başqa bir rəvayətə görə, bir həmyerlimiz türk sevgilisi ilə görüşəndə israrla qıza deyib ki, “donun çok güzel”, qız da israrla haradan bildiyini soruşurmuş. Axırda bizim qardaş əli ilə qızın yubkasını göstərib, “kor muyum ben” deyib. Türkiyədə yeni təhsil alma haqqı qazanmış gənclər, ağzınızın üstünə şillə yemək istəmirsinizsə Anadolu Türkcəsində “don”un qadın alt paltarı anlamına gəldiyini təcili öyrənin.

5) Görüşlərə gecikmək istəmirsinizsə, mütləq saatın necə deyildiyini dəqiq öyrənin

12:30 – On iki buçuk, 12:15 – On ikiyi çeyrek geçe, 12:45 – Bire çeyrek kala kimi ifadə olunur. Saatı bu qədər bilməyiniz, bir müddət sizə bəs edər.

6) “Abi, kabakta sakla düşen var”

Türkiyədə avtobus, dolmuş, minibüs, taksi kimi nəqliyyat vasitələrini hamımız istifadə etdiyimiz üçün bu hadisə demək olar ki, çoxumuzun başına gəlib. “Düşmək” yıxılmaq anlamına gəlir, unutmayın.

7) Biz hər zaman bir-birimizə dayağıq!

Dayak: – şillə deməkdir.

8) İŞİD yaraqlıları Mosuldaki Türk konsulluğunu işğal etdi və…


“Amerikanın Səsi” radiosunun azərbaycanlı işçisi, çox dəyərli Dilşad xanım İŞİD yaraqlılarının Mosuldakı Türk konsulluğunu ələ keçirdiyini paylaşdı. Bura qədər heç bir problem yoxdur. Fəqət, Dilşad xanım onu Twitterdə izləyənlərin böyük əksəriyyətinin Türk vətəndaşları olduğunu unutduğundan ortaya belə gülməli bir mənzərə çıxdı. Çünki, yaraq sözü Anadolu Türkcəsində “kişinin cinsi orqanı” mənasına gəlir.mmsd.az

Minion.Az - www.minion.az