Ərəb qadınları ilə bağlı daha bir YENİLİK - Kişiyə ehtiyacları olmayacaq


Yaşı 25 və yuxarı olan qadınlar artıq Səudiyyə Ərəbistanına təkbaşına daxil ola biləcək. 30 günlük turist vizası ilə qadınlar artıq yanlarında ailə üzvlərindən kişi olmadan ölkəyə girəcək.


Minion.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Mülayim İslam” iddiası ilə yeni addımlar atmağa başlayan Səudiyyə Ərəbistanı bu dəfə də turizmi canlandırmaq üçün yeniliyə imza atır. Mövcud olan qanunlara görə, qadınların təkbaşına Səudiyyə Ərəbistanına daxil olmaları qadağan olduğu halda, həyata keçirilən yenilik ilə yaşı 25 və yuxarı olan qadınların girişinə sərbətslik verilir.

Təkbaşına Səudiyyə Ərəbistanına daxil olacaq qadınlara veriləcək turist vizası bir nəfərlik və 30 gün keçərli olacaq.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanında Ümrə və Həcc ziyarətləri zamanı qadınların yanlarında ailə üzvlərindən olan bir kişi ilə gəlmələri məcburi idi. Lakin yeni qanun ilə bu qayda ortadan götürülmüş olacaq. kolgemedia.az

Minion.Az - www.minion.az