İnsanı KOR edən - GÖZ TƏZYİQİ nədir?


Xalq arasında “qarasu” olaraq bilinən göz təzyiqi tez müəyyən edilməsə korluğa səbəb ola bilər.

Minion.az bildirir ki, bu xəstəlik anadangəlmə olduğu kimi, uşaq yaşlarda da rast gəlinə bilər. Lakin daha çox 40 yaşında olan insanlarda görülməkdədir. Ona görə də yaşı 40 və daha çox olan insanlar ildə bir dəfə gözlərini müayinə etdirməlidir. Ailəsində göz təzyiqi olan insanlar isə risk altındadırlar. Bu insanlar daha tez-tez həkimə getməli və gözlərini müayinə etdirməlidirlər.

Dəyişə bilir...

Göz təzyiqi bir saat ərzində fərqli nəticələr göstərib dəyişə bilər. Hətta bəzi xəstələrdə göz təzyiqi ölçülən zaman normal çıxsa da, gözdə olan təzyiq görmə sinirlərinə zərər verə bilər.

Gizli xəstəlikdir...


Göz təzyiqi gizli gedən xəstəlikdir. Xüsusilə də baxılmadığı zaman asanlıqla gözdən qaça bilir və korluğa aparan başlıca səbəblərdən biridir. Belə ki, dünyadakı korluqlar içərisində ikinci yerdə gəlməkdədir.

Göz təzyiqinin ilkin müalicəsi damcı dərmanlarladır. Xəstəlik ağırlaşarsa, ağızdan göz təzyiqini salan dərmanlar və ya damar yolundan xüsusi maye verilə bilər.(kolgemedia.az)

Əgər dərmanla müalicə kömək etmərsə, o zaman lazer tətbiq edilir. Lazer əməliyyatla maneə aradan qaldırıla bilər, əgər vaxtında aşkarlanarsa. Bunu unutmayaq!

Minion.Az - www.minion.az