Bakıda sərnişin avtobusu aşdı: 25 yaralı (YENİLƏNDİ) - FOTO/VİDEO


Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.

"Minion.az” xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 9 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 16 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

***

Bakıda dəhşətli qəza baş verib.

Zığ şossesində 175 saylı sərnişin avtobusu aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub.

Hadisə yerinə xəsarət alanları xəstəxanaya aparmaq üçün ard-arda təcili tibbi yardım maşınları gəlir. Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. (report)

Minion.Az - www.minion.az