Bakıda DƏHŞƏTLİ QƏZA: Avtobus dərəyə aşdı, içindəki sərnişinlər...


Bakıda avtobus qəzası baş verib.

Minion.az xəbər verir ki, Hövsan-Xətai metrosu üzrə hərəkət edən 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb.

Avtobusun içərisində 20-yə yaxın sərnişin olub. Hadisə saat 16:30 radələrində Zığ şossesində baş verib.

Yaralılar var. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub, yaralılara ilkin tibbi yardım göstərilib, bəziləri isə xəstəxanaya çatdırılıb.(big.az)

Minion.Az - www.minion.az