Tanınmış teatrşünas Bakcell-i və onunla əməkdaşlıq edən medianı biabır etdi


Tanınmış teatrşünas Anar Bürcəliyev Bakcell operatorunun qanunsuzluqları ilə bağlı sosial şəbəkədə müraciət yayıb.
Teatrşünasın facebook səhifəsindəki müraciəti olduğu kimi dərc edirik:


“ Əziz dostlar, informasiya agentlikləri və televiziyalar Bakcellin ictimai əxlaqsızlığın bilərəkdən gizlədir.
30 dekabr 2017-ci il tarixdə sizlərlə bakcell operatorunun hansısa provayderlə əlbir olub özünü mobil akademiyası adlandıraraq əhalinin cibinə girib, vəsaitləri oğurlaması ilə bağlı fikirlərimi bölüşmüşdüm. Bu baradə bir çox informasiya agentliklərinə , eləcə də televiziyalara müraciət etdim.
Məsələnin işıqlandırılmasını istədim. Əvvəlcə razılıq versələr də, təəsüf ki, sonradan heç bir informasiya agentliyi və televiziya məsələni işıqlandırmaqda maraqlı olmadı.
Hətta “Anar müəllim, mən indi münasibətinizi saytda verəcəm, görəcəksiniz ki, mənim üçün fərqi yoxdur “ deyən informasiya agentliyinin rəhbəri belə sözünün üstündə dayanmadı.
Səbəb isə onunla əlasqələndirildi ki, Bakcell respublikada fəaliyyət göstərən bütün informasiya agentlikləri və televiziyalarla əməkdaşlıq edir, onlara maliyyə dəstəyi göstərir ki, bu kimi quldur və ictimai əxlaqsızlıq heç yerdə işıqlandırılmasın.
İndi mən özlərini müstəqil adlandıran informasiya agentliklərinin rəhbərləri və televiziya kanallarına tutub sual edirəm-budurmu sizin azad, qərəzsiz, obyektiv mətbuatınız?
Sonra bu məmləkətdə söz və fikir azadlığından danışırsınız.
Respublikada vətəndaşların cibinə girib ictimai əxlaqsızlıq edən bir şirkətin hərəkətlərinə göz yumub, onu tərəfdaş adlandırırsınızsa, o zaman sizin azad söz və fikir azadlığından danışmağa haqqınız yoxdur.”(XəbərAl.az)

Minion.Az - www.minion.az