Necə qidalanmaq lazımdı ?


Düzgün qidalanmaq üçün nə lazımdır?

Minion.az xəbər verir ki,
Qidalanmanın düzgün olması və sizə xeyir verməsi üçün bir neçə qızıl qaydaya riayət etmək vacibdir:

-Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul edin
-Qidanı minimal qəbul etməklə qənaətlənin
-Qidanı yaxşıca çeynəyin
Yeməyə maye ilə başlamaq lazımdır (su, sok və ya kampot). Meyvə və tərəvəz də yemək olar. Belə başlangıc sayəsində mədə artıq selikdən azad olur, mədəaltı vəzi işləməyə başlayır və iştahı bir az aşağı salır.

Sonra çörək və qarnir olmadan ət, balıq, quş və ya digər zülallı qida (göbələk, qoz-fındıq, bakliyat, süd məhsulları, pendir, yumurta və s.) qəbul olunmalıdır. Zülal təzə tərəvəz, göyərti, xiyar, pomidor, salatla yaxşı uyğunlaşır. Sonra qarnir çörəklə yeyilir. Yeməkdən saat yarım sonra şiriniyyat və içkilər qəbul etmək olar.

Bəzi ekspertlər gün ərzində ən azı 5 dəfə qidalanmağı, digərləri isə yalnız 3 dəfə qida qəbul etməyi tövsiyə edirlər. Başqa bir qrup mütəxəssis təkid edir ki, insana iki və ya bir dəfəli qidalanma da kifayət edir.

Gündəlik qidalanmanıza diqqət edin
Orqanizmin təməl ehtiyacı olan zülal, vitamin və karbohidratlar balanslı şəkildə
gündəlik qəbul edilməlidir. Gündəlik qəbul edəcəyiniz qidalar içərisində plov, makaron,yumurta,pendir , salatlar, çörək,
balıq, qırmızı ət, tərəvəzlər, lobya , meyvələr, ləbləbilər, qəbul edin.

Minion.Az - www.minion.az