Azərbaycan oxucularının sevmədiyi müğənnilər - SİYAHI


Mərhum müğənnimiz keçən ay mediada ən çox anılıb…

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Şirkət şou-biznes nümayəndələri ilə bağlı ölkədə ilk dəfə olaraq dekabr ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 12506 xəbər yerləşdirilib. Bu xəbərlərdən 54-ü müsbət, 487-si mənfi, 11965-i isə neytral xəbərlərdir. Müsbət xəbərlər isə Röya Ayxana (54 xəbər – Röya Altın Kelebek aldı) məxsusdur. Mənfi xəbərlər arasında liderlər: Aygün Bəylər (90 xəbər – Röya Aygün Bəyləri məhkəməyə verdi), Röya Ayxan (88 xəbər – Aygün Bəylərin Röya haqqında sərt fikirləri), Təranə Qumral (76 xəbər – Nazənin Təranəni biyabr etdi), Nigar Camal (76 xəbər – Nigarın yalanı üzə çıxdı).

Xəbər sayına görə sıralama:

1 Röya Ayxan 1108 xəbər
2 Nigar Camal 664 xəbər
3 Fədayə Laçın 661 xəbər
4 Natəvan Həbibi 616 xəbər
5 Aygün Bəylər 471 xəbər
6 Təranə Qumral 441 xəbər
7 İlhamə Quliyeva 422 xəbər
8 Məleykə Əsədova 359 xəbər
9 İradə İbrahimova (müğənni) 289 xəbər
10 Aygün Kazımova (müğənni) 287 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 655 xəbər dərc edilib. Bu xəbərlərdən 636-sı neytral, 2-si müsbət, 17-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Məleykə Əsədovadır (5 xəbər – Ramiz Məlik həmkarını məhkəməyə verdi), Aygün Bəylər (4 xəbər – Röya Aygün Bəyləri məhkəməyə verdi), Röya Ayxan (4 xəbər – ygün Bəylərin Röya haqqında sərt fikirləri). Müsbət xəbərlər isə Röya Ayxana (2 xəbər – Röya Altın Kelebek aldı) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Röya Ayxan 44 xəbər
2 Fədayə Laçın 42 xəbər
3 Məleykə Əsədova 26 xəbər
4 Natəvan Həbibi 25 xəbər
5 Nigar Camal 23 xəbər
6 Alim Qasımov 20 xəbər
7 Flora Kərimova 19 xəbər
8 İradə İbrahimova (müğənni) 18 xəbər
9 Aygün Bəylər 17 xəbər
10 Mənsum İbrahimov 16 xəbər
Dekabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 78 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Faiq Ağayev 13 xəbər
2 Röya Ayxan 13 xəbər
3 Mənsum İbrahimov 11 xəbər
4 Səməd Səmədov 7 xəbər
5 Nigar Camal 5 xəbər
6 Məleykə Əsədova 5 xəbər
7 Alim Qasımov 4 xəbər
8 Tünzalə Ağayeva 3 xəbər
9 Flora Kərimova 2 xəbər
10 Lalə Məmmədova 2 xəbər (a24.az)

Minion.Az - www.minion.az