Ölkədə ən ucuz insan həyatı imiş...


İtkin düşən dağçıların axtarışı niyə nəticə vermir? – İddia

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən “Tufandağ” istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün, Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızın xilas edilməsi üçün nə normal bir axtarış aparıldı, nə də axtarışın gedişi barədə istimaiyyətə ətraflı bir məlumat verildi.


“Basta” nın oxucu poçtuna daxil olan məktubda belə iddialar var. Axtarış zamanı ədalətsizliklər baş verdiyini bildirən müəllif göndərdiyi məktubunu ixtisarlar etmədən dərc etməyimizi xahiş edir.


Bu axtarışların nəticəsini həyacanla izləyən və xoş xəbər gözləyən hər kəs bu günlər ərzində axtarış-xilasetmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopterinin, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupunun, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstənin iştirak etməsi, axtarışlara can yandırması ilə bağlı rəsmi xəbərləri oxudu.

İctimaiyyətə hadisə ilə bağlı məhdud sayda verilən, təfərruatsız bu kimi xəbərlər nə dərəcədə həqiqəti əks etdirdi? Axtarışlara rəhbərlik edən FHN Quba regional bölməsinin rəisi polkovnik Şahin Mirzəyev vəzifəsini necə icra etdi?

Könüllü yazır…

Itkin düşən üç dağçının axtarışlarında özbaşınalıq və məsuliyyətsizlik axtarışlara öz təsirini göstərir. Bu ölkədə işini vicdanla görə bilməyən adamlar həmişə var.

Bu yazımda həmın vıcdansız adamların insan həyatına necə bıganə olduğunu, həm də can yandıran ınsanların barəsində qərəzsız yazacam. Orada olan butun dovlət qurumlarının gördükləri yaxşı və pis işlərin hamısını…

Hadisə yerində ayın 30-na qədər yüzə yaxın könüllü iştırak edirdi. Gələn könüllülərin ardı-arası kəsilmirdi.
Yaşamaq üçün təhcizatları bitdikcə, geri qayıdanların yerini yeniləri alırdı. İndiyə qədər kiməsə qıraqdan birinə düşərgə və axtarış barədə söz deməyə çəkinirdik. Çünki qrxurduq ki, bizi də haqsızlığa etiraz edən o biri yoldaşlarımız kimi axtarış ərazisindən zorla uzaqlaşdırarlar.

Itkın düşən dağçıların axtarışı ilə bağlı könüllü dəstədə iştirak etdiyim 3 gün müddətində “Tufandağ”ın ətəyində, “Şah Yaylağı” da çadır qurub qalırdıq. Səhər tezdən saat 6-da yeməyimizi belə yemədən axtarış aparmaq üçün bir qrup təcrübəli dağçı zirvələrə yola düşürdük. Bir qrupda 4 km yolu piyada yeriyib, qar uçqunu olan əraziyə çatıb axtarışlara başlayırdıq.

Bunu biz könüllülər edirdik.


FHN-nin xüsusi risqli xilasetmə qrupu isə hadisə yerinə günorta saat 12-də gəlib çıxırdı. Bu məsələdə onların başında duran Toğrul adlı rütbəsini və soyadını bilmədiyim rəislərinin bir günahı yoxdu. O, dəfələrlə tələb etmişdi ki, düşərgələr axtarışlar aparılan yerə yaxında salınsın. Qərargahda yaşamaq və istirahət üçün lazımi avadanlıqlar alınsın. Çünki komandasının işçiləri Xınalıq kəndində qalmaq məcburiyyətində idi. Ona görə də, günortaya gəlib çatırdılar. Toğrul müəllim çox sadə insan idi. Rəis olmağına baxmayaraq bizimlə birlikdə qarı qazıb axtarışlarda vicdanla iştirak edirdi. Ancaq komandasının təhcizatı və şəxsi heyyəti çox zəif idi. 16 nəfərdən ibarət işçi qüvvəsi vardı. Təhcizatı isə şup(uzun dəmir çubuqlar) və bir drondan ibarət idi. Gətirdikləri dron isə ərazidə effektli olmadı.

İndi isə Ekologiya Nazirliyinin fəaliyyətindən danışacam…

Nazirin birinci müavini Firdovsi müəllim də bizimlə birlikdə vicdanla işləyir, qarı qazırdı. Yaşlı adam olmasına baxmayaraq, əlindən gəldiyi qədər kömək etməyə çalışırdı. Biz könüllülərə heç bir problem yaratmırdı. Əksinə çatmayan nəsə olanda kömək edirdi. Firdovsi müəllimin müavini Sarvan adlı şəxs biz könüllülərə ilk günlərdə maneə törətməyə çalışsa da, axtarışların bizsiz getməyəcəyini görüb dilini sakit saxladı. Onu da deyim ki, ekologiya naziri Hüseynqulu Bağırov bütün maddi və mənəvi dəstəyini hiss etdirdi.

İndi isə gələk orada vicdansızlıq edib camaatın balasının ölüsündən və dirisindən də qazanc götürməyə çalışan daha yüksək rütbəlilərə…

Nə qədər ki axtarışlara FHN-nin Quba regional bölümünün rəisi polkovnik Şahin Mirzəyev rəhbərlik edir, heç bir nəticə gözləməyin. ilk növbədə qərargahda heç bir şərait yaratmamışdı. Hətta uzaq olmasına baxmayaraq çadır gətirmək əvəzinə çobanların alaçığına yığışmışdılar.

İşçilərin yedikləri axırıncı günə qədər sadəcə kolbasa-çörək idi. İradlardan sonra əsgərlərə quru əsgər payı paketləri verildi.

Buna görə etiraz bildirən bir neçə könüllü kampdan qovuldu.

Xınalıqdan “Şah Yaylağı” na(qərargahın olduğu yer)QAZ-66 markalı maşınlar Xınalıq camaatından könüllü axtarışlara qoşulanları və Bakıdan köməyə gələn könüllüləri aparıb gətirmək üçün ən azı 5 reys edir.

Bunun üçün də dövlət büdcəsindən vəsait ayrılıb. Ancaq Şahin Mirzəyev bacardığı qədər bu reyslərin sayını azaltmağa çalışır, hesabatda isə sayını çox göstərib pulunu mənimsəyir. Bu hələ Şahin Mirzəyevin yediyi pulların bizim bildiyimiz kiçik bir hissəsidir. Axtarışları da qəsdlə uzadır ki, bu yeyinti hallarını davam etdirə bilsin.

Axtarış üçün gətirilən itləri də, cəmi bircə dəfə axtarışa cəlb etdi. Daha sonra itlərə soyuq olar bəhanəsini gətirib itlərdən istifadə etməyə imkan vermədi.

Halbuki, dağçıların tapılması üçün iki ən vacib şərt var idisə, biri o itlər idi. Digəri isə mina axtaranlar idi ki, ilk günlərdən tələb olunmasına baxmayaraq, yalnız 30-u günorta saatlarından sonra gəlib çıxmışdılar. Bunun da səbəbkarı polkovnikmiş. ANAMA-nın işçiləri bizə dedilər ki, biz çoxdan hazır vəziyyətə gətirilmişdik. Axtarışa rəhbərlik edən rəisin göstərişini gözləyirdik.

Şahin Mirzəyev könüllülərin və Xınalıq camaatının axtarışı ürəklə etdiyini görüb maneçilik törətmək istəyirdi. Bunun da iki səbəbi var idi. Birincisi o istəyirdi ki, FHN-dən qeyrisi dağçıları tapmasın. Çünki bu onun fəaliyyətinə minus idi. Digər yandan isə axtarışları uzatmaq istəyirdi ki, daha çox pul mənimsəyə bilsin.

Özümün şahidi olduğum bir məsələni yazım. Ayın 30-da bir nəfər adını bilmədiyim könüllü ona etiraz etdiyinə görə Şahin onun üstünə hücum çəkdi, vurmaqla hədələdi. Axtarış üçün yardıma gələn könüllüylə prinsipə girdi. Daha sonra polkovnik həmin könüllünün də içində olduğu bir qrup könüllünün təxliyyəsi üçün helikopter çağırmışdı. Sonra isə NİVA-la helikopterin düşdüyü meydançaya adam göndərib, helikopteri boş geri qaytarmışdı. Ayın 31-i isə Xınalıq kəndindən olan könüllü dəstə ilə prinsipə düşmüş onlara müxtəlif maneələr göstərməyə çalışmışdı.

Bu bir neçə gündə Şahin Mirzəyevin etdiyi özbaşınalıqlar, qanunsuzluqlar, axtarışa göstərdiyi maneələr sayılmaqla bitməz. Bütün bunlara baxmayaraq könüllülər son anadək ürəklə və ümidlə axtarışlar apardılar. Fürsətdən istifadə edib bir könüllü olaraq Bakıdan gedən könüllülər adından Xınalıq sakinlərinin axtarışda göstərdikləri şücaətə və etdikləri köməklərə görə təşəkkürümü bildirirəm.

Bütün bu baş verənlərə rəğmən xoş xəbərlər eşitmək ümidi ilə…

Müəllif “Basta” əməkdaşı ilə söhbətində onu da əlavə edib ki, axtarışa Mi17 tıplı helıkopter cəlb olunmuşdu. Halbuki bu helikopter böyük olduğu üçün dağların arası ilə hərəkət edə bilmirdi. Axtarış üçün daha kiçik həcmli helikopter lazım idi. Biz dəfələrlə bunu Şahin müəllimə bildirsək də, əhəmiyyət vermədi.

Könüllülərin lazımı təhcizatla necə təmin olunması barədə sualımızı isə müəllif belə cavablandırdı.

-Bakıdan gedən bütün könüllülər özləri ilə ərzaq, ratsiya və digər zəruri ləvazimatlar gətirmişdilər. Orada bizə yalnız lapatka verdilər. Gətirdikləri buzlu dağa dırmanmaq üçün lazım olan ləvazimat isə işə yaramadı. Çünkü orada dırmanmlı buzlu dağ yox idi. //Bastainfo.com

Minion.az