İtkin düşən alpinistlərlə bağlı — YENİ AÇIQLAMA


Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətin əməkdaşı Ehtiram Xəlilov “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda da xidmətin əməkdaşları əlaqə qurula bilinməyən idmançıların axtarışlarını davam etdirirlər.

“Axtarışlar davam edir. Axtarışların aparılması üçün hələlik heç bir çətinlik yoxdur”, - deyə Ehtiram Xəlilov bildirib.
Qeyd edək ki, Quba rayonunun Xınalıq kəndindən dekabrın 23-də Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. FHN həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

www.minion.az