Aygün Bəylərin ölüm xəbəri yalan çıxdı AÇIQLAMA


Bir neçə gün bundan öncə Röya Ayxan haqda xoşagəlməz fikirlər səsləndirən əməkdar artist Aygün Bəylər haqda xoşagəlməz şaiyə yayılıb.

Bəzi saytların yaydığı məlumatına görə, ifaçının dünyasını dəyişdiyi bildirilir.

Məsələ ilə əlaqədar olaraq, sənətçinin prodüseri SİA-ya açıqlama verib: "Aygün Bəylər haqda yalan yazan jurnalisti lənətə gəlsin. Bu məlumatı yazan Röyanın jurnalist dostudur. Aygün xanım sağdır. A.Bəyləri gözdən salmaq və gündəmdə olmaması üçün əllərindən gələni edirlər. Bu çirkin əməllərinizdən əl çəkin. Sənətçi artıq lazımsız xəbərlərə cavab vermir".

www.minion.az