Məşhur azərbaycanlı cütlük ikinci dəfə toy etdi


Müğənnilər Nurkan və Lalə cütlüyü ikinci dəfə toy edib.

Axşam.az-ın məlumatına görə, bu haqda onlar sosial şəbəkədə yazıblar. Nurkan bəy kostyumu, Lalə isə gəlinlik libası geyinib. Restoranlardan birində məclis təşkil edən ər-arvad nikah təzələyiblər.

“Sürpriz bir şəkildə evləndik, taleyimizi bir-birinə bağladıq. Göz-nəzərə görə heç kimə demədik. Özümüzə toy etdik, nikahımızı təzələdik. Evlənməyə qərar verdik. Sağ əlimiz bekar dostlarımızın başına. Özəl günümüzə qatılan hər kəsə təşəkkür edirik” deyə, Nurkan bildirib.

Qeyd edək ki, cütlüyün iki övladı var. Onlar 6 ildir bir yerdə yaşayır.

Minion.az