Gənc fəal Ramiz Mustafayev ölkədəki vəziyyətdən danışır.


Gənc fəal Ramiz Mustafayev ölkədəki vəziyyətdən danışır.

İlk növbədə gəlin, dünyanın təxminən iki yüz ölkəsini şərti olaraq üç qrupa bölək: birinci qrupa qeyri-demokratik ölkələri, ikinciyə - demokratiyanın nisbətən yaxın vaxtlarda bərqərar olduğu ölkələri, üçüncüyə - demokratik dayaqların çoxdan qurulduğu və nisbətən möhkəm olduğu ölkələri daxil edək. Təbii ki, hər qrupda digər cəhətlərdən bir - birindən kəskin seçilən tamamilə fərqli ölkələr olacaq və onlar demokratiyaya gedən yolda fərqli problemlərlə üzləşəcəklər. Qeyri - demokratik ölkələr üçün başlıca problem budur ki, onlar demokratiyaya keçə biləcəklərmi, keçə biləcəklərsə, bunu hansı yolla edəcəklər? Demokratik islahatlar yoluna yaxın vaxtlarda qədəm qoymuş ölkələr üçün bu məsələ xüsusilə önəmlidir: onlar yenicə qazanılmış təcrübəni və demokratiya inistitutlarını elə möhkəmləndirməyə qabildilərmi ki, bunlar zamanın sınağından çıxa bilsin, siyasi münaqişə və böhranlara duruş gətir bilsin. Və nəhayət, mən belə düşünürəmki, " qocaman demokratiya " ölkələri öz demokratiyalarını təkmilləşdirməli və dərinləşdirməlidirlər. Azərbaycanda demokratiya xüsusilə böhran yaşayır. Dünya ölkələri arasında qeyri - demokratik ölkələr sırasında olan öz vətəndaşlarının taleyini yox, öz vəzifələrini və maddi çıxarlarını düşünən məmurları, qısası , hakimiyyəti olan bir ölkəni demokratik ölkələr siyahısına salmaq sadəcə böyük siyasi səhvdir. Əlbəttə, bu yerdə məndən soruşa bilərsiniz: axı bu demokratiya nə deməkdir. Bu sözün altında nələri başa düşmək lazımdır? Demokratik idarəetmə qeyri - demokratik idarəetmədən nə ilə fərqlənir? Qeyri - demokratik ölkə demokratiyaya keçidi həyata keçirməyə başlasa, bu keçid nə cür olmalıdır? Nə vaxt demək olar ki, demokratiyaya keçid baş tutub? Konsolidasiya demokratiyası, yəni, bir araya gəlmək haqqındada bir çox suallar ortaya çıxır: konkret olaraq nələr və kimlər bir araya gəlməlidir. Ölkə demokratikdirsə o necə daha demokratik ola bilər? Gördüyünüz kimi bir çox suallar meydana gəlir. Demokratiyanın hər cür təfsir və iddia edildiyi, bəyənildiyi və inkar edildiyi, üstündən sükutla keçildiyi və tərənnüm edildiyi, var olduğu, məhv edildiyi və yenidən bərqərar olunduğu bu 25 yüzillik ərzində görünür ki, bu hadisənin mahiyyəti üzrə ən başlıca məsələlər barədə belə ümumi razılığa gəlmək mümkün olmayıb.

Ramiz Mustafayeva