"Biznes plus" iqtisadi yarışması - Hesabat

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyi(SUES) təşkilati dəstəyi ilə keçirilən "Biznes plus" iqtisadi yarışması çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində intellektual yarışlar keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş İlkin Mirzəzadənin reallaşdırdığı layihənin əsas məqsədi tələbə gənclərin intellektual biliklərinin artmasına töhfə verməkdir. Noyabrın 11-də başlanan layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində intellektual oyunlar keçirilib. Ümumilikdə 4 dəfə keçirilən ( 11 noyabr , 18 noyabr, 25 noyabr, 2 dekabr) yarışmalarda 150-dən çox tələbə gənc iştirak etmişdir. İştirakçılara müxtəlif intellektual suallar verilərək onların intellektual bilikləri sınağa çəkilmişdir. Layihəyə iştirakçılar öz komandalarını yaradaraq qatılmışlar. 4 yarışmanın sonunda qalib gəlmiş komandaların ilk 3-lüyü aşağıdakı kimi olmuşdur:

1.Generalissimus
2.Saint Mary
3.Six Pistols