Kişiləri cəlbedici göstərən vasitə


Döymənin qalıcı olmasını istəməyən kişilər bədənlərinə xına vasitəsi ilə müxtəlif naxışlar çəkdirir. Əgər siz xınanın ancaq qadınlara xas olduğunu düşünürsünüzsə, yanılırsınız. Siz xına naxışlarını yalnız qadınlarda görə bilərsiniz, amma bu, kişilərin də bədənində olduqca cəlbedici görünür.

Məlumat üçün bildirək ki, hələ tunc dövründə həm uğur cəlb etmək üçün, həm də gözəllik üçün bədənə xına ilə naxışlar çəkmək dəbdə idi. Xına indiyədək də saçın boyanması üçün istifadə olunur. Ümumiyyətlə, bu ənənə artıq təxminən altı min ildir davam edir və buna görə utanmaq lazım deyil.(joy.az)

Minion.az