Xalq artistinin oğlu Ramiz Məliki hədələdi: "Səni yaşatmazdıq"


Xalq artisti Ramiz Məlikin bir vaxtlar qalmaqal yaşadığı Ramiz Novruzla bağlı açıqlaması qalmaqal yaradıb.

Axşam.az-ın məlumatına görə, R.Məlikin “Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım” sözləri aktyorun ailəsini özündən çıxarıb.

R.Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkədə R.Məliki tənqid edib. Cavidan xalq artistinə hədə-qorxu gəlib və bunları yazıb:

“Bu məsələlərə heç vaxt qarışmadım, deyirdim ki, böyüklərdir, özləri bilər. Amma dözmədim artıq. Sən kimsən? İşin-gücün sosial şəbəkədə oturub ona-buna şərh yazmaqdır. Bu yaşda “Facebook”da oturursan. Mənim atam heç "Whatsapp" nədir bilmir. Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən...

Sən Ramiz Novruzu 3 illik tutdursaydın onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız.

O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novurz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda qoşalaşıb insanların torbasını tikməkdir.

Atamı 3 illik tutduracaqmış... Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”.

Qeyd edək ki, R.Novruzla R.Məlik arasında 2015-ci ildə dava yumruq davası olmuşdu. R.Məlik aktyoru polisə şikayət etmişdi.

Bir müddətdir ki, R.Məlik xalq artisti Məleykə Əsədova ilə qalmaqal yaşayır.

Xalq artistinin oğlu Ramiz Məliki hədələdi: "Səni yaşatmazdıq"