“Zara” mağazasından şikayət - alınan mal geriyə qaytarılmır


SaqlamHeyat.az bildirir ki, Bakı sakini “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Zara” geyim dükanında aldadıldığını bildirir.

Biz istifadəçimizin şikayətini olduğu kimi təqdim edirik:

Şikayetim “Gənclik Mall”-dakı " Zara" -dandi. Kartla ödəniş edərək, geyim almışam, evde bəyənmədilər. Apardım qaytarmaga. Kartla ödəniş olunub deyə qaytarmadılar. Axı heç yerdə qeyd etməyiblər ki, kartla ödəniş olanda mallar qaytarılmır. Mən hara şikayət edə bilərəm başqa?"

Halbuki xaricdə olan “Zara” şəbəkə dükanlarında alınan mallara 14 gün ərzində geri qaytarmağa müştərinin icazəsi var, hətta elə ölkələr də var ki, 30 gün qaytarılma icazəsi olur.

Minion.az

“Zara” mağazasından şikayət - alınan mal geriyə qaytarılmır