Kombini mütləq gecələr söndürməyin, niyə? – FAYDALI MƏSLƏHƏT


Havalar soyuduqca kombilərimizin də dərəcəsi artır. Bu isə pula qənaət baxımından elə də yaxşı hal deyil. Bəs kombi neçə dərəcədə yanmalıdır?

Kombinin dərəcəsini tənzimləməklə bağlı yanlış bilgilər var. Əslin kombi stabil istilikdə yandıqda daha yararlı olur. Onu 24 saat açıq saxladıqda otaq həmişə eyni temperaturda olur.

Xüsusilə gecələri kombini söndürmək kimi yanlış bir anlayış var. Kombini gecə söndürməməlisiniz. 24 saat boyunca çox yüksək olmayan bir istilikdə saxladıqda otaqda temperatur dəyişməyəcək və bədəniniz buna alışacaq.

Evin temperaturu 22 dərəcədirsə, deməli, ideal istiliyə çatmısınız. Kombini daha çox yandıraraq, həm qənaət edər, həm də sağlamlıq baxımından faydasını görərsiniz.

Kombiniz daim açıq qalmalıdır. Əgər evdə çox vaxt keçirmirsinizsə, kombini evə getdiyinizdə yandıra və bütün gecəni yandırmağa davam edə bilərsiniz.

Ağıllı bir kombi sisteminiz varsa, evə getmədən bir neçə saat öncə yandıraraq ümumi temperatura gətirə bilərsiniz.Ailem.az