Cənubi azərbaycanlı “O səs Türkiyə”də


“TV8” telekanalında yayımlanan “O səs Türkiyə”də Cənubi Azərbaycandan olan Yunis Borumand adlı iştirakçı çıxış edib.

Oxu.Az xəbər verir ki, o, Polad Bülbüloğlunun repertuarından “Gəl, ey səhər” mahnısını ifa edib və müsabiqəyə Təbrizdən qatıldığını söyləyib.

Onun çıxışını münsiflərdən Murad Boz ilə Hadisə bəyənib. M.Boz Yunis Borumand ilə həmin mahnını duet şəklində ifa edib.

İştirakçı sonda Murad Bozu seçib.

Minion.az