"Köksən" deyənləri cavabı ilə susdurdu


Böyük bədən model İskra Lourens İnstaqram hesabında yeni videosunu paylaşıb.


Minion.az xarici KİV-ə istinadən xəbər verir ki, küçənin ortasında rəqs edən yerdə çəkilmiş görüntüyə izləyicilərinin bəzisi “Çox köksən”, “Şişman qadın” kimi şərhlər yazıblar.

Həmişə fotoşopun əleyhinə olan və bədənini olduğu kimi sərgiləyən İskra şərhlər qarşısında susmayıb.(axsam.az)

O, “göbək açıq rəqsimi paylaşdım. İlginc şərhlər yazdınız. Amma deyim ki, vecimə də deyil. Mən vücudumu sevirəm və onunla fəxr edirəm”.