AZƏRBAYCAN TURİZM FORUMU


Noyabr ayının 25-də, Holiday İnn otelində Azərbaycan Turizm Forumu tam fərqli formatda, Turizm Biznes Klubunun təşkilati dəstəyi ilə artıq ikinci dəfə keçiriləcək.

Forumda Bakıda və Regionlarda olan turizm şirkətləri və otellərinin, eyni zamanda bələdçilər və restoratorların da iştirakı planlaşdırılır. Turizmdə karyerasını qurmaq istəyən, özünü bu sahəyə həsr edən hər kəs forumun qonağı ola bilər.

Turizm Forumu turizm sahəsində istər yerli, istərsə də xarici mütəxəssislərin öz təcrübəsini paylaşdığı yeganə platformadır.

Tədbirdə bilet iştirakladır. Biletləri www.turizmforumu.az saytına daxil olaraq, bilet sifariş et bölməsindən əldə edə bilərsiniz. Bakı şəhəri daxilində biletin çatdırılması pulsuzdur.

Bizi Facebook rəsmi səhifəmizdən https://www.facebook.com/turizmforumuazerbaycan/ izləyə bilərsiniz.

Turizmin inkişafında sizin də qatqınız olsun. Gəlin, maraqlı olacaq!

Minion.az