Azərbaycan moda həftəsi davam edir


Artıq Azərbaycan Moda Həftəsinin 2-ci günü tamamlandı. Gün keçdikcə daha da maraqlı və əsrarəngiz keçən tədbir sona çatmaqdadır. Yaz-Yay 2018 kolleksiyasında qadın paltarları ilə yanaşı, kişi, uşaq həmçinin şərqin modasından ilhamlanaraq örtüklü insanlar üçün də geyimlər nümayiş olundu. Bu geyimlərə tədbir günləri ərzində 15:00-21:00 arası Fairmont Baku, Flame Towers otelində yerləşən 'showroom'-da baxmaq və ya satın almaq olar (giriş pulsuzdur). 9 noyabrda baş tutan tədbirdə Fəxriyyə Xələfovanın gəlinlik kolleksiyası, Desire Handmade, Ulviyya & Ulkar markasının ziyafət geyimləri, CHIRAGLI kişi geyimləri kimi bir çox məhşur kolleksiyaların geyimləri nümayiş olundu. Nümayişlərdən ən çox isə qazaxıstanlı dizayner Zherebtsov-un kolleksiyası səs gətirdi. Beləki onun kolleksiyasını daşıyan modellər səhnəyə hicabda, üzlərini örtən uzun, saçaqlı keplərdə və üzərində ərəb dilində 'şərq' yazısı olan köynəklərdə çıxdılar.

Foto: Nərgis Mirzəzadə

Minion.az


Azərbaycan moda həftəsi davam edir


Azərbaycan moda həftəsi davam edir


Azərbaycan moda həftəsi davam edir


Azərbaycan moda həftəsi davam edir


Azərbaycan moda həftəsi davam edir


Azərbaycan moda həftəsi davam edir


Azərbaycan moda həftəsi davam edir


Azərbaycan moda həftəsi davam edir


Azərbaycan moda həftəsi davam edir