Samirə: 18+ meyxanalarda yuyub-sərmişik bir-birimizi


“Oqtaydan küsən gərək onun tayı olsun. Deyirəm, ay Oqtay, çıxıb ağzına gələni danışırsan”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri ARB TV-nin “Günə davam” proqramına açıqlaması zamanı meyxanaçı, müğənni Samirə deyib.

O, daha sonra meyxanaçı həmkarı Oqtay Kamillə aralarındakı gərginlikdən danışıb.

“Oqtay yaxşı oğlandır. Amma inkişaf etməyən yerləri var. Heç mən olmadığım məclislərdə də elə ifadələr işlədib ki, göndərmişəm ki, utanmırsan? Sadəcə, bu adam özünü hamıdan qabaqda, yüksəkdə görmək istəyir”.

Samirə sonda meyxanalarının Oqtayın yazdığı iddiasına da cavab verib: “Biz məclisə gedəndə meyxana yazıb getmirik. Heç mənim ondan, onun da məndən xəbəri olmur. Küsülü olanda da bir məclisə getmişik. Elə meyxanalarımız olub ki, onları versək, Azərbaycanda dəhşət bir şey olar. 18+ meyxanalar olub. Yuyub sərmişik bir-birimizi. Neçə dəfə olub ki, Oqtay toya, verilişlərə gəlməyib, məni pis vəziyyətdə qoyub”.

Minion.az

Reklam: Tələsin son 5 gün. 89 AZN-ə şəxsi ofisinizə sahib olun! Əlaqə: +994 50 740 79 99