Pulsuz tədbirin axırı. "YARAT" bu dəfə yarada bilmədi


Bir neçə gün bundan öncə "YARAT Müasir İncəsənət Mərkəzi" öz facebook səhifəsində "Xalid Hüseyni - Min Möhtəşəm Günəş" əsərinin tamaşası olacağını qeyd etmişdi. Qeydə görə tamaşa ödənişsiz olacaq, 27 oktyabr 19:00 da başılayıb, 21:00 da bitəcəkdi. İzləmək istəyənlərə yalnız yerlərin məhdud olduğuna görə deyilən vaxtdan biraz tez gəlməsi və gecikməməsi məsləhət görülmüşdü. Lakin təəsüflər olsun ki, YARAT bu işin öhdəsindən gələ bilmədi. Başqa sözlə yarada bilmədi. İnsanların tamaşadan 1-1.5 saat öncə gəlməsinə baxmayaraq, içəridə nə qədər yer olduğunu məlumat verən tapılmadı. Qapıda duran mühafizələrin insanlara mədəniyyətsizcə davranışları, özlərini haqlı çıxarmağa çalışmaqları, pilləkənda duran insanları itələmələri, bundan əlavə öz işçimizdir deyib onlarla insanı içəri buraxmaqları isə izləyicilərə qarşı ən böyük hörmətsizlik idi. İnsanların narazılığına baxmayaraq təşkilatçılardan səlahiyyətli heç bir şəxs açıqlama vermədi. Bir sözlə "Min möhtəşəm günəş"i görməsək də, min möhtəşəm səs eşitdik.

Məqalədə adı çəkilən şəxslərin və müəssisələrin də fikrini dərc etməyə hazırıq.

Nərgiz

Minion.az


Pulsuz tədbirin axırı. "YARAT" bu dəfə yarada bilmədi

Pulsuz tədbirin axırı. "YARAT" bu dəfə yarada bilmədi