Bakıya intensiv yağış, rayonlara qar yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 17-də arabir yağış yağacağı, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-11, gündüz 15-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 16-sı gündüzdən 17-si axşamadək Abşeron yarımadasında havanın təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi və yağışlı hava şəraiti fonunda temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Minion.az

Reklam: Imtahansız, Əyani və Qiyabi, Yalnız Attestatla Ukrayna Dövlət Universitetlərinə Qəbul! Əlaqə: +994 702426542