CİNSİ ƏLAQƏNİN MÜALİCƏ ETDİYİ - XƏSTƏLİKLƏR


Aparılan araşdırmalar nəticəsində cinsi əlaqənin bəzi xəstəliklərin sağalmasında rolu olduğu ortaya çıxıb.

Kluster adı daşıyan baş ağrılarının (ingilis sözü olub “cluster” – “dəstə”sözündəndir. Baş ağrıları – yalnız kişilərdə ortaya çıxır və buna görə də onu bəzən “kişi miqreni” də adlandırırlar) cinsi əlaqə nəticəsində keçə bildiyi müəyyən edilib.

Ağrı 30 dəqiqədən 2 saata qədər davam edərək, gün ərzində 2-3 dəfə təkrar oluna bilər. Sonra ağrılar tam şəkildə yox olaraq, 6 aydan 2-3 ilədək olan müddət ərzində xəstəni narahat etməyə bilər.

Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur. Bu tip ağrılar zamanı yaşanan intim münasibətlərin orqazmı həmin dəqiqə ağrını kəsir.

Miqren (başın bir, nadir hallarda hər iki hissəsini əhatə edən güclü və əzabverici, epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir) ağrısı olanlar diqqət!

Ancaq miqren tipli ağrılarda cinsi əlaqənin mənfi təsirləri olduğu söylənilir.

Cinsi əlaqə, cinsi söhbət bir növ rahatlama və zəifləmə üsulları kimi qiymətləndirilir. İntensiv, gərgin həyat yaşayan və daim baş ağrısı çəkən, özünə olduqca az vaxt ayıran insanlarda intim münasibətlər baş ağrılarını müalicə edə bilər.

Minion.az

Reklam: Imtahansız, Əyani və Qiyabi, Yalnız Attestatla Ukrayna Dövlət Universitetlərinə Qəbul! Əlaqə: +994 702426542