“Beşiktaş”ın prezidenti azərbaycanlı sevgilisini qovdu - FOTO


Azərbaycan əsilli model Ülviyyə Aleks “Beşiktaş” klubunun prezidenti, sevgilisi Fikrət Orman tərəfindən evdən qovulub.

Bu barədə Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir.

Bildirilir ki, model sevgilisinin bu addımından depressiyaya düşüb.

Qeyd edək ki, klub rəhbəri 2012-ci ildə həyat yoldaşı Sədəf Ormandan boşanıb.

Ülviyyə Aleks kimi tanınan, əsl adı Ülviyyə Əhməd olan xanım əslən azərbaycanlıdır və Bakıda doğulub. 30 yaşlı xanım İstanbula yaxın dostu olan “Afffair” markasının qurucusu, azərbaycanlı iş adamı, modelyer Rüfət İsmayılın sayəsində yollanıb. O, İstanbulun Cihangir bölgəsində yaşayır. Bildirilir ki, Ülviyyə Əhməd qaldığı evin kirayə haqqını çətinliklə ödədiyi bir vaxtda Fikrət Ormanla tanış olub və həyatı bir anda tamamilə dəyişib.

Ülviyyə Əhmədin 6 yaşlı Selin adında bir qızı var. Uşaq atası ilə yaşayır və tətillərdə anasının yanına yollanır.

İdmana marağı ilə seçilən modelə vurulan Fikrət Orman onu “Beşiktaş”ın oyunlarına aparır. Ülviyyə Əhməd onunla tanış olduqdan sonra Amsterdam, Mikonos, Zaqreb, Milan, Dubay kimi yerlərdə istirahət edib.

Minion.az

Reklam: Imtahansız, Əyani və Qiyabi, Yalnız Attestatla Ukrayna Dövlət Universitetlərinə Qəbul! Əlaqə: +994 702426542



“Beşiktaş”ın prezidenti azərbaycanlı sevgilisini qovdu - FOTO

“Beşiktaş”ın prezidenti azərbaycanlı sevgilisini qovdu - FOTO