Əli Həsənov Mirşahin və Turan haqqında açıqlama verdi


Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azad Azərbaycan” telekanalının (ATV) aparıcısı Turan İbrahimovun efirdə millət vəkili Arif Rəhimzadəni və digər şəxsləri təhqir etməsi, o cümlədən tanınmış telejurnalist Mirşahin Ağayevin MTRŞ sədri Nuşirəvan Məhərrəmli haqqında söylədiyi fikirlərlə bağlı məsələlərə münasibət bildirib.

Reklam: Imtahansız, Əyani və Qiyabi, Yalnız Attestatla Ukrayna Dövlət Universitetlərinə Qəbul! Əlaqə: +994 702426542



Minion.az Ölkə.az-a istinadən xəbər verir ki, Ə.Həsənov son 10 ildə Azərbaycanda süni reytinq arxasınca qaçmağın bu işdə rol oynadığını söyləyib: “Bu cür müzakirələrlə neqativ halların qarşısını almağa çalışırıq. Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər. Çünki nümunələri onlar təqdim edirlər. Elə insanlar nümunə göstərmək lazımdır ki, onlar Azərbaycan xalqını təmsil etmək iqtidarına malik olsun. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının 2013-cü il də qəbul edildiyini xatırladıb: “Həmin müddətdən sonra xeyli yeniliklər olub. Biz də baxmalıyıq ki, hansı dilimizə uyğundur, hansı uyğun deyil. "İTV"-də, "AzTV"-də maarifləndirmə proqramları olmalıdır. Bir müddət öncə televiziya rəhbərlərindən biri Nuşirəvan Məhərrəmliyə müraciət edərək, bildirmişdi ki, milli-mənəvi dəyər nə deməkdir? Yaxşı ki, həmin televiziya artıq yoxdur. Yəni, bir televiziya rəhbəri bunu necə bilməyə bilər? Kanallardan biri Milli Məclisin deputatı Arif Rəhimzadəni efirdə təhqir edirdi. Heydər Əliyevin silahdaşlarından biri olan şəxsi necə təhqir etmək olar? Onun təhqir olunmasına səbəb türk dilinin türk dili, Azərbaycan dilinin isə Azərbaycan dili olduğunu deməsi olub. Bunlar yolverilməzdir”.

Prezidentin köməkçisi KİV-də ixtisaslaşma məsələsinə də diqqət çəkib: “Bəzən olur ki, idmandan yazan jurnalisti tibb sahəsi ilə bağlı tədbirə göndərirlər. İdmandan yazan jurnalist həmin tədbirdən hansı materialı hazırlaya bilər ki?!”

Ə.Həsənov qeyd edib ki, burada təkcə KİV-in deyil, hər kəsin məsuliyyəti var: “Burada təkcə televiziyaları günahlandırmaq olmaz. Çünki televiziya aparıcısı o yerə gələnə qədər xeyli mərhələdən keçib. Yəni, ailə, təhsil burada mühüm rol oynayır. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycan vətəndaşlarıdır. Biz çox istərdik ki, aparıcılar savadlı olsunlar. Bununla yanaşı, aparıcıların görünüşlü olması da yaxşı haldır”.

MİNİON.AZ

Reklam: Imtahansız, Əyani və Qiyabi, Yalnız Attestatla Ukrayna Dövlət Universitetlərinə Qəbul! Əlaqə: +994 702426542