Müğənni Təranə Qumrala canlı yayımda ŞOK! Həbs xəbərini öyrəndi


Dünən "5/5" verilişinin qonağı olan Təranə-Musa cütlüyü gözlənilməz sürprizlə qarşılaşıb.

Minion.az milli.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal kürəkəninə etibarnamə verən müğənni cütlüyün avtomobillərinə həbs qoyulduğunu açıqlayıb:

"Abdullayev Natiq Nazim oğluna etibarnamə verib. 6 MMX-sı var. 2 aydır cəriməni ödəmir. Avqustun 27-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunda sürət həddini aşıb. 110 olan yerdə 130-la keçib. 2 bal, 50 manat cərimə yazılıb. Radar çəkib, qərar çıxıb, qərar məktub şəklində evə gəlib. Ancaq ödəməyib, maşına həbs qoyulub. Maşın cərimə meydançasına aparılmalıdır".

Bu haqda Zaurdan eşidən Təranə təəccübünü gizlədə bilməyib. Lakin Musa Zaur bu faktları açıqladıqdan sonra cavabsız qalmayıb: "Zaur ödəməyinə ödəyəcəyik. Amma mən bilmirəm ki, "5/5" verilişinə gəlimişik, yoxsa Respublika "QAİ"sinə gəlmişik".