Məhərrəmlikdə toy edən Manafın oğlunun məclisində NÖVBƏNÖV SPİRTLİ İÇKİLƏR - FOTOFAKT


Xəbər verdiyimiz kimi tanınmış müğənni, toylar kralı Manaf Ağayev Məhərrəm ayının ilk günü oğlu Elçinə toy edib.

Minion.az xəbər verir ki, açıqlamalarında Məhərrəm ayı axşam saatlarında girdiyi üçün toyu daha erkən etdiyini deyən sənətçinin yalanı da üzə çıxıb. Belə ki, o verilişlərin birində qonaq olarkən toyun axşam saatlarına qədər çəkdiyini, axşam saatlarında toyda nələr-nələr baş verdiyinə işarət edib.

BiG.Az toydan çəkilmiş fotoşəkil əldə edib. Şəkildə isə açıq-aydın görünür ki, sözügedən toyda növbənöv spirtli içkilər süfrəyə düzülüb.

Həmin görüntünü sizə təqdim edirik.

Məhərrəmlikdə toy edən Manafın oğlunun məclisində NÖVBƏNÖV SPİRTLİ İÇKİLƏR - FOTOFAKT