Azərbaycanda orta məktəbdə FACİƏ: 14 yaşlı şagird... - SON DƏQİQƏ


Minion.az xəbər verir ki, bu gün Ağdaş şəhərindəki orta məktəblərdən birində bədbəxt hadisə baş verib.

Səməd Vurğun adına 1 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Cavadov Mustafa Həmid oğlu məktəbin həyətində yıxılıb. Ağır xəsarət alan şagird Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən bildirilib ki, hadisə tənəffüs vaxtı baş verib və 14 yaşlı şagird sinif yoldaşlarının yanında olarkən qəfil yıxılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

mənbə: lent.az