Dünyanı lərzəyə gətirən diktator Adolf Hitlerlə bağlı maraqlı faktlar


Adolf Hitler ötən əsrdə tarixə yön verən, II dünya müharibəsinin başlamasına səbəb olan bir diktator idi. Onun ideoloji baxışı, fəaliyyəti yüz minlərlə insanın ölümünə və həyatının məhv olmasına səbəb olmuşdu. Şübhəsiz ki, sadəcə Almaniya deyil, bütün dünya tarixində böyük iz qoyan bu insanla bağlı sizin də bilmədiyiniz bəzi məlumatlar ola bilər. Bu səbəbdən Minion.az Adolf Hitler ilə bağlı 10 maraqlı faktı sizə təqdim edir.

Çayda boğulması

1894-cu ilin yanvar ayında balaca bir oğlan uşağı sürüşərək çaydakı buzun altına düşür və boğulmağa başlayır. Uşağı xilas edən yeniyetmə böyüyərək kahin oldu, boğulan uşaq isə diktator Adolf Hitler idi.

Şişirildilmə oyuncaq

1941-ci ildə Adolf Hitler danimarkalı həkim Olin Hamusen’dən plastikdən sinklənmiş kukla düzəltməyini istəmişdi. Bu kuklalar əsgərlərin özləriylə daşımalı olduğu vacib əşyalar siyahısında idi. Bunun səbəbi isə cinsi yolla keçən xəstəliklərin qarşısını almaq və Hitler üçün daha vacib olan “ali irq”in qorunması idi. Ancaq bu “layihə” reallaşdırıla bilmədi, çünki düşmənləri istehsalın olacağı fabriki bombalamışdı.

İlin adamı

Alman diktator 1938-ci ildə ABŞ-da dərc olunan Time jurnalı tərəfindən “İlin adamı” seçilmişdi. Bundan bir il sonra, 1939-cu ildə isə Adolf Hitler Mahatma Gandhi ilə bərabər Nobel Sülh mükafatına namizəd olsa da, heç biri seçilə bilməmişdi.

Qadın hormonları

Amerikanın xüsusi xidmət orqanları daha az aqressiv və sakit olması üçün Adolf Hitlerin yeməyinə qadın hormonlarını artıran maddə qatmağa cəhd etmişdi. Bir çox adamın ağlında “niyə yeməyinə zəhər qatmağa çalışmayıblar?” sualı yaranır. Bunun səbəbi isə, Hitlerin istisnasız mədəsinə gedən hər şeyi, öncə dequstatorları yoxlaması və risk olmadığı dəqiqləşəndən sonra Hitlerin özünün yeməsi idi.

Aciz tiran

Bütün müharibə boyunca Hitler bir dəfə belə olsun öz əmriylə qurulan laqerlərini ziyarət etməmişdi. Tarixçilərin izahına görə, o başa düşürdü ki, əgər həmin yerlərdə olan insanları görsəydi, içində mərhəmət hissi oyana bilər və alman xalqı və mədəniyyəti qarşısında “müqəddəs vəzifə”sindən geri addım ata bilərdi.

İlk sevgi

Hitlerin ilk sevgilisi yəhudi əsilli Stefani İsaak adlı qız olub və qəribə olan odur ki, onlar heç vaxt söhbət edə bilməyiblər. Hitlerin dostlarından biri, Adolfun qızı qaçıraraq birlikdə körpüdən özlərini atmaq barədə düşündüklərini deyirdi. Müharibədən sonra Stefani İsaak mətbuata verdiyi müsahibədə Hitlerin onunla bağlı hisslərindən xəbərsiz olduğunu demişdi.

pahoo.az