Erməni mahnısı Türkiyədə ən sevilənlərdəndir: rekord qırır


Türkiyədə son vaxtlar erməni müğənni Super Sakonun "Mi Gna” mahnısı rekord qırır.

Minion.az Baku.WS a istinadan xəbər verir ki, bu mahnının qardaş ölkədə bu qədər sevilməsi həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır.

Demək olar ki, qardaş ölkədə gənclərin əksəriyyəti bu mahnını ifa edərək, sədaları altında rəqs edib instagramda səhifələrində paylaşıblar. Bir müddət əvvəl isə Türkiyənin məşhur dəb verilişi-"İşte benim stilim"də iştirakçılar bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.

Məlumat üçün bildirək ki, məşhur türkiyəli müğənni Özcan Dəniz "İstanbullu gəlin" serialının kulisində bu mahnınını ifa edərək video paylaşmışdı. Müğənninin bu hərəkəti ölkəmizdə kəskin etirazla qarşılanmışdı.
Minion.az