Nura ərəblərin müdafiəsinə qalxdı: "Ruslar bizə "çuşka" kimi baxanda...?"


Ölkəmizə axın edən ərəblərin şəhərdəki davranışları, "pinti"likləri az qala ümumrespublika səviyyəsində müzakirə olunmaqdadır. Ərəb turistlərin ölkəmizə axınından narahatçılıq duyub, onlara yuxarıdan aşağı baxan şəhər sakinlərinə müğənni Nura Suri maraqlı cavabı ilə diqqət çəkib.


Minion.az Milli.az-a istinadən Nuranın sözügedən mövzuyla bağlı mövqeyini təqdim edir:

"Ruslar bizə "çuşka" kimi baxanda başa düşmürdünüz səbəbin? İndi ərəblər gözünüzə cin-qurbağa görsənir?! 8 il ərəb ölkəsində yaşadım, onlardan pintilik, vəhşilik görmədim. Nə də başqa millətlərə qarşı hörmətsizlik etdiklərin görmədim".