Ölüm yatağında olan 24 yaşlı gəncin VİDA MƏKTUBU


Bir çoxumuz günlərimizi avtomatik pilot kimi keçiririk. Əslində tam olaraq yaşamırıq, sadəcə varıq. Zahirən çox doluyuq, amma içdən-içə özümüzü çox boş və sönmüş hiss edirik. Ağlımızın bizi gec saatlara qədər yatmamağımıza, pul, hesab, gələcək qayğıları və başqalarının bizim haqqımızda nə düşündüyü kimi, əslində heç də önəmli olmayan şeylərlə yormasına icazə veririk.
Bəs bunu özümüzə niyə edirik?
Təbii ki, heç birimiz bu sualın cavabını və bu həyatdan sonra nələr olacağını tam olaraq bilmirik, hamımız eyni gəmidəyik. Bu həyatı necə yönəltdiyimiz və keçirdiyimiz xarakterimizi və varlığımızı xarakterizə edir. Təcrübələrimiz və seçimlərimiz bizi formalaşdırır, amma bir çoxumuz öz ideyamızı kəşf etmək yerinə həyatımızı pul, güc və ətalətlə üst-üstə düşən bağlılığımızın içinə kilidlənərək göstəririk. Axşam yatana qədər saatları sayırıq və dincəlirik, ertəsi gün yenə eynisini edirik.

Minion.az Moderator.az-a istinadən ölmək üzrə olan 24 yaşlı gəncin həyata aid nəsihətlərlə dolu vida məktubunu təqdim edir. Ümid edirik ki, ölüm ayağında olan bu gəncin sözləri günlərini necə keçirdiyinin fərqində olmayanlara həyatlarını nizama salmaqda yardımçı olacaq.

"24 yaşım və bundan bir neçə ay sonra öz dəfnimdə taxacağam son qalstukumu çoxdan seçmişəm. Bəlkə kostyumumla çox uyumu olmadı, amma mühitə mükəmməl uyğunlaşma təmin edəcəyinə heç şübhəm yoxdur.

Xərçəng diaqnozu mənə uzun bir ömrüm olmasını az da olsa ümid etməyimə imkan verməyəcək qədər gec qoyuldu. Amma fərqinə vardım ki, ölüm ən əhəmiyyətli şey bu dünyadan ayrılmağınızla verəcəyiniz töhfəylə varlığınızdan daha çox məna qazandırmaqdır. İndiyə qədər həyatımı, yaşayış tərzimi, onun varlığını, daha doğrusu yoxluğunu itirməyimin bir mənası yoxdur, çünki heç də mənalı işlər görmədən yaşadım.

Əvvəlcədən ağlımı narahat edən bir çox şeylər vardı. Nə qədər vaxtım qaldığını öyrənəndə isə nələrin həqiqətən əhəmiyyətli olduğu aydın oldu. Bu üzdən əslində sizə bəsit bir səbəb üzündən yazıram. Sizinlə bölüşdüyüm şey sayəsində əslində həyatımı mənalandırmaq istəyirəm.

Həzz almadığınız işə vaxtınızı sərf etməyin.

Görünür ki, sevmədiyiniz bir işdə heç vaxt uğur əldə etməyəcəksiniz. Səbr, həvəs və qətiyyət təkcə etdiyiniz şeyi sevdiyiniz zaman gələcək.

Başqalarının fikirlərindən qorxmaq axmaqlıqdır. Qorxu sizi gücsüzləşdirir. Buna icazə versəniz, sizdən bir şey qalmayana qədər hər gün daha da pisə doğru gedəcək.

Daxili səsinizi dinləyin və özünüzü onun axarına buraxın. Bəzi insanlar məhz bunu etdiyiniz üçün sizi çılğın olaraq qiymətləndirər, amma bəziləri də sizin bir əfsanə olduğunuzu düşünə bilər.

Həyatınızı nəzarət altına alın və sizə qarşı edilən şeylərin bütün məsuliyyətini üzərinizə götürün. Pis adətlərinizi məhdudlaşdırın və daha sağlam bir həyat sürməyə çalışın. Sizi xoşbəxt edən bir idman növü tapın. Hər şeydən əvvəl gecikdirməməyi öyrənin. Həyatınızı öz qərarınızla formalaşdırın, başqalarının deyil.

Ətrafınızdakı insanların qiymətini bilin.

Ailəniz, dostlarınız və qohumlarınız daim sonsuz bir güc və sevgi mənbəyi olacaqdır. Bu üzdən onların varlığını özünüzə verilmiş bir haqq kimi görməyin.

Mənim üçün bütün hiss etdiklərimi çatdırmaq çox çətindir, amma ümid edirəm ki, zamanın dəyərinin əhəmiyyətini anlayan bu adamı dinləyirsiniz. Kədərli deyiləm, çünki anladım ki, həyatımın son günləri mənalanmış olacaq. Sadəcə, süni zəkanın yaradılması və Elon Muskun müdhiş layihəsi kimi yaxında baş verəcək çox gözəl şeyləri görməyəcəyəm üçün təəssüf edirəm. Ümid edirəm ki, Suriya və Ukraynadakı müharibə də tezliklə sona çatar.

Orqanizmimizin sağlamlığı və möhkəmliyi ilə çox məşğul oluruq, amma onun sadəcə ölüm baş verənə qədər şəxsiyyətimizi, fikirlərimizi, inancımızı və niyyətlərimizi bəxş edən bir qutudan başqa bir şey olmadığını fərq etmirik. Əgər bu qutuda dünyanı dəyişdirəcək bir şey yoxdursa, yox olması o qədər də əhəmiyyətli olmur. Hamımızın bu potensiala malik olduğunuza inanıram, amma bunu etmək cəsarət istəyir.

Həyatı hər gün hər saatı qaçıraraq və özünüzə yeni çətinliklər yaradaraq yaşaya bilərsiniz və ya inandığınız üçün vuruşaraq həyatınızın möhtəşəm hekayəsini yaza bilərsiniz. Ümid edirəm ki, düzgün seçim edə bilərsiniz.

Bu dünyada bir iz qoyun. Sizin üçün nə ifadə edirsə etsin mənalı bir həyat buraxın. Arxasınca gedin. Gedəcəyimiz yer, hər şeyin mümkün olduğu gözəl bir oyun sahəsidir. Amma yenə də biz əbədi burada deyilik. Həyatımız məlum olmayan kainatın sonsuz qaranlığına inanılmaz sürətlə uçan bu gözəl planetdə yanıb sönən qısa bir qığılcımdır. Bu üzdən vaxtınızın dadını ehtirasla çıxarın. Həyatınızı maraqlı və edin.

Təşəkkürlər!”


Zəhra