Günə iki yumurta ilə başlamağın inanılmaz faydaları - FOTOLAR


əhər yeməyi günün ən vacib qidalarından biridir.

Minion.az Moderator.az-a istinadən bildirir ki, səhər yeməyində iki ədəd yumurta yeməyin bədənimizə inanılmaz faydaları var.

1. Gözlərinizi qoruyur və görmə qabiliyyətinizi artırır

Yumurtanın içində bol olan “lutein”adlı antioksidant göz sağlamlığınızı qorumağa və görmə qabiliyyətinizi artırmağa xidmət edir.

2. Kalsium almağınıza kömək olur

Yumurtanın tərkibindəki D vitamini bədəninizin kalsium ehtiyacını tamamilə ödəyir. Bu sayədə sümükləriniz və dişləriniz möhkəmlənir.

3. Qaraciyərinizi qoruyur, saçlarınızı və dərinizi yaxşılaşdırmağa kömək edir.

Yumurtanın içindəki B vitamini qaraciyəri toksinlərdən qorumaqla yanaşı, dərinizi gözəlləşdirəcək və saçlarınızın sağlamlamlığını qoruyacaq.

4. Qan dövranı və buna bağlı narahatlıqların nisbətini aşağı salır.

Son tədqiqatlar yumurtanın içindəki xalestrolun çox və zərərli olmadığını göstərir. Hətta yumurtanın bu narahatlıqlara yaxşı təsir etdiyi də məlumdur.

5. Arıqlamağa kömək edir

Əgər aşağı kalorili bir pəhriz saxlayırsınızsa, bu pəhrizə iki ədəd yumurta əlavə etmək sağlam şəkildə kilo verməyinizə kömək edər

6. Döş xərçəngi riskini azaldır

Araşdırmalara görə, yumurtadakı “kolin” adlı maddə xərçəngi riskini 18 faiz azaldır. Həmçinin beyin sağlamlığı üçün də faydalıdır.

7 Gənc və sağlam görünərsiniz

Dərinizin qocalmasını ləngidir, dərinizi parıldadır və göz ətrafında yaranan qırışlara da yaxşı təsir edir.

Kamran