173 nəfərlik "ÖLÜM QRUPU": Dünyanı qan gölünə çevrimək üçün YOLA ÇIXDI


Beynəlxalq Polis Təşkilatı (İNTERPOL) 173 kamikadzenin yer aldığı siyahını açıqlayıb.
Minion.az publika.az-a istinadən xəbər verir ki, kamikadzelər terror hücumlarının həyata keçirilməsi üçün Avropaya yola düşə bilərlər.
Bu məlumatlar Suriyada və İraqda Amerika kəşfiyyatı tərəfindən əldə edilib və İNTERPOL-a Federal Təhqiqatlar Bürosu (FTB) təqdim olunub.
Qeyd edək ki, kəşfiyyat qurumları Yaxın Şərqdə ardıcıl məğlubiyyətlərə uğrayan İŞİD-in döyüşçülərini Avropaya göndərəcəyindən ehtiyat edirlər. Amma İNTERPOL-da İŞİD kamikadzelərin hazırda Avropada olub-olmadığı barədə məlumat yoxdur.
Siyahıya daxil edilən terrorçular əldəqayırma partlayıcı qurğuları hazırlayan və onları yerləşdirən insanlar kimi xarakterizə edilir. Güman edilir ki, onlar terror fəaliyyətində iştirak üçün nəinki Avropa, bütün dünya üzrə səyahət edə bilərlər.